Azərbaycan prezidenti İlham Əliyev İranla dostluq və mehriban qonşuluq münasibətlərindən məmnundur.
“Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərindəm məmnunam. İki ölkə arasında Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq üçün böyük imkanlar var”, - Əliyev çərşənbə günü İranın xarici işlər naziri Cavad Zərifi qəbul edrkən bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dövlət başçısı Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələrin inkişafında Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd etdi.
Öz növbəsində, C.Zərif İran prezidenti Həsən Ruhaninin Qoşulmama Hərəkatının ölkəmizdə keçiriləcək XVIII Zirvə görüşündə iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcəyini bildirdi.
Onun sözlərinə görə, Bakıya səfər çərçivəsində Ruhaninin Əliyev ilə ilə görüşü əlaqələrin daha da inkişafına töhfə verəcək. **
B.Rüstəmbəyov