2019-cu il dekabr ayında Soçidə Azərbaycan-Rusiya regionlarası forum keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə bildirib.
“Soçidə keçiriləcək 10-cu Azərbaycan-Rusiya regionlarası foruma hazırlıq işləri gedir”, - agentliyin həmsöhbəti bildirib.
Forumda Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.
Son forum 2018-ci ilin sentyabr ayında Bakıda keçirilib. Forumun işində iki ölkənin prezidentləri iştirak edib. **
F.İsazadə