Qusar şəhərində “RusAzəriSpirits” Rusiya-Azərbaycan zavodu fəaliyyətə başlayıb. Bu barədə “Tatspirtprom” şirkəti məlumat verir.
“Qusar şəhərində “RusAzəriSpirits” Rusiya-Azərbaycan birgə zavodunun açılışı olub. Tatarstan ərzisində altı zavodu olan “Tatspirtprom” üçün yeni müəssisə ilk beynəlxalq istehsal meydançası olub”, - məlumatda deyilir.
Zavodun istifadəyə verilməsi mərasimində “Tatspirtprom” SC-nin baş direktoru İrek Minaxmetov, «Carcıoglu Group»un direktoru Elçin Carçıyev iştirak ediblər.
“Tatspirtprom” və “Carcıoglu Group”un birgə layihəsinə nəinki alkoqol istehsalı, həm də Azərbaycan ərazisində məhsuların reallaşdırlması daxildir. “Carcıoglu Group” içkilər və ərzaq məhsullarının idxalında ixtisaslaşan ən iri şirkət, həmçinin alkoqolun distribyusiyası üzrə liderdir. İki tərəfdaşın ilkin sərmayələrin məbləği $2 mln. təşkil edib. İlk iki il ərzində müəssisəyə əlavə $2 mln. yatırım yatırmaq planlaşdırılır”, - məlumatda vurğulanır.
“Tatspirtprom” yeni zavodun illik gücünü 1 mln. dekalitrə çatdırmağı planlaşdırır, bu da “RusAzəriSpirits”a Azərbaycanda illik istehlak həcminin 20%-ni istyehsal etməyə inkam yaradacaq.
2018-ci ilin oktyabr ayından Azərbaycanda «Tundra» və «Graf Ledoff» markalı araqlar “Azəri” zavodunda doldurulurdu. Azərbaycandakı zavodda "Russkaya valyuta ”, “Xanskaya” və digər markalı araqların süzülməsi nəzərdə tutulur. **
A.Əzizov