Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak edəcək.
“Həsənov oktyabrın 25-də keçiriləcək iclasda iştirak məqsədilə Brüssel şəhərinə yola düşüb”, - nazirliyin mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, “iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq”.
Bildirirlir ki, səfər çərçivəsində Həsənovun ikitərəfli görüşləri də nəzərdə tutulub.
İclas NATO-nun Mənzil-Qərargahında keçiriləcək. **
F.İsazadə