SOCAR şirkəti (ARDNŞ) ilə bilrikdə Albaniyanın qazlaşdırılması üçün master plan hazırlanıb. Bu barədə Albaniyanin infrastruktur və energetika nazirinin müavini İlir Beyta cümə axşamı Bakıda jurnalistlərə bəyan edib.
“SOCAR ilə birlikdə Albaniyanın qazlaşdırılması üçün master plan hazırlanıb”, - Beyta bildirib.
Onun sözlərinə görə, tərəflər həmçinin SOCAR şirkəti tərəfindən Albaniyada qazpaylayıcı şəbəkələrin yaradılması məsələsinə dair razılığa gəlməyiblər.
Xəbər verildiyi kimi, 2014-cü il dekabrın 19-da Azərbaycan və Albaniya hökumətləri arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
2015-ci il fevralın 17-sə görüş zamanı Azərbaycan və Albaniya bu ölkənin qazlaşdırılması üzrə baş planın texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məqsədilə xüsusi işçi qrupunun yaradılmasını qərara alıb.
Albaniya TAP qaz kəmərinin tikinti layihəsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazı almağı planlaşdırır. **
B.Rüstəmbəyov