Azərbaycan enerji səmərəliliyi tədbirləri sayəsində ildə təxminən 2 mlrd. kubmetr qaza qənaət edə bilər. Bunu Beynəlxalq Enerji Xartiyasının enerji səmərəliliyi üzrə əlaqələndiricisi Aleksandr Antonenko deyib.
"Enerji sektorunda enerji səmərəliliyinin artırılması tədbirlərinin həyata keçirilməsi sayəsində (zavodların işinin effektivliyinin artırılması, itkilərin azaldılması və s.) ölkə ildə 1,99 mlrd. kubmetr qaza və $314,9 mln.-a qənaət edə bilər", - deyə A.Antonenko bu gün Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda bildirib.*
B.Rüstəmbəyov