2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 14,192 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər (bir il öncə - 76 nəfər) həlak olub, 243 nəfər (bir il öncə - 167 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1,03 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 46 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,2% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 72 nəfər xəsarət alıb.**
X.Nəsirzadə