Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bakıda iranlı həmkarı Həsən Ruhanini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İki ölkə liderləri arasında söhbətin təfərrüatları barədə məlumat veriləcək.
İran prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının XVIII sammitində iştirak etmək üçün bu gün Azərbaycana gəlib.
Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammitdə 60-a yaxın prezident və hökumət başçısı iştirak edəcək. Bu sammitdə təşkilata sədrlik 3 il müddətinə Venesueladan Azərbaycana keçəcək.**
F.İsazadə