Prezident İlham Əliyev İranla əməkdaşlığın hərtərəfli və effektiv inkişaf etdiyini qeyd edir.
Oktyabrın 24-də İ.Əliyev ilə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü çərçivəsində görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Mən çox şadam ki, qardaş ölkə Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunur. Əlbəttə, sizin səfəriniz yaxşı fürsətdir ki, ikitərəfli gündəliyi müzakirə edək və gələcək birgə fəaliyyət üçün tədbirlər görək”, - deyə İ.Əliyev bildirib.
O vurğulayıb ki, bu gün Azərbaycan-İran əlaqələri ən yüksək səviyyədədir.
“Keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Hesab edirəm ki, bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45% artıb. Şadam ki, bizim birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük daşınıb. Bu ilin doqquz ayında, mənə verilən məlumata görə, yükdaşımalar 70% artıb. Eyni zamanda, Cənub-Qərb nəqliyyat dəhlizi fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyulub. İran texnologiyaları əsasında avtomobil zavodu fəaliyyət göstərir. Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Avtobus istehsalı zavodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır”, - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, keçən ilin avqustunda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi həm beştərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir.
İ.Əliyev bildirib ki, Bakı təsisata sədrlik edəcəyiüç il ərzində üzv dövlətlərin maraqlarını müxtəlif beynəlxalq tədbirlərdə layiqincə müdafiə etməyə çalışacaq.*
F.İsazadə