Vyetnamın vitse-prezidenti Danq Thi Nqok Thinhin Bakı ilə Hanoy arasında elmi-texniki, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın aktivləşdirilməsinin zəruriliyini qeyd edir.
Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bakıda Qoşulmama Hərəkatının 18-ci saamiti çərçivəsində Vyetnamın vitse-prezidenti Danq Thi Nqok Thinhin ilə danışıqlar aparıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Mən təklif edirəm ki, tərəflər ən yüksək səviyyədə əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini sürətləndirsinlər, idarələr, nazirliklər arasında, partiya və parlament xətti ilə əməkdaşlığı fəallaşdırsınlar. Biz elmi-texniki, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində də sıx əməkdaşlıq etməliyik ki, iqtisadiyyat və ticarət, investisiyalar, elm və texnologiyalar sahəsində münasibətlərimiz daha da inkişaf etsin”, - Thinhin görüşdə bildirib.
O vurğulayıb ki, ölkələr arasında münasibətlərin inkişafı üçün böyük potensial var. “Müasir neft sənayesinin inkişafında Bakı Vyetnam üçün xüsusi nümunədir”, - vitse-prezident qeyd edib.
“Buna görə də biz hesab edirik ki, tərəflər neft kimyası, neft-qaz sənayesi kimi sahələrdə əlaqələrin, ticarət, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməlidirlər. Mən, həmçinin təklif edirəm ki, tərəflər kadr hazırlığı, xüsusən neft mütəxəssisləri və mühəndislər hazırlığı sahəsində səmərəli praktiki əməkdaşlığı bərpa etsinlər”, - o bildirib. **
F.İsazadə