Kənd Təsərrüfatı Nazirliyi arı və barama qurdlarının artırılması mərkəzinin layihələndirilməsinə «Art-Proje» MMC-ni cəlb edib. İmzalanan müqavilələrin dəyəri 203,615 min manatdır.
www.tender.gov.az saytının məlumatına görə, nazilrik «Art-Proje» ilə iki müqavilə imzalayıb.
Birinci müqavilə Yeni cins arı və barama qurdlarının qeydiyyatı, sınağı və artırılması mərkəzinin layihələndirilməsini nəzərdə tutur. Müqavilənin dəyəri – 92,2 min manatdır.
111,415 min manat dəyərində ikinci müqavilə çərçivəsində «Art-Proje» 10 min arı ailəsindən ibarət “Arıçılıq kompleksi”nin layihələndirilməsini öhdəlik götürür. **
X.Nəsirzadə