Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov istefa verməsi ilə bağlı bir sıra KİV-in məlumatını təkzib edib.
“Mən bu gün AMB-nin sədri kimi sizin qarşınızda çıxış edirəm və işimi davam etdirirəm. Jurnalistlərə məsləhətim budur ki, şayiələrə qulaq asmasınlar və rəsmi mənbələrə istinad etsinlər”, - Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Son iki gün ərzində bir sıra KİV Rüstəmovun AMB-nin İdarə Heyətinin sədri vəzifəsindən istefa verməi barədə məlumat yayır. Onların məlumatına görə, Rüstəmov baş nazirin müavini təyin olunub.
1995-ci ilin yanvar ayından etibarən Elman Rüstəmov AMB-nin sədridir. 2000-ci, 2005-ci, 2010-cu və 2015-ci illərdə onun səlahiyyətlərinin müddəti 5 il müddətinə uzadılıb. 2020-ci ilin aprel ayında onun AMB-nin sədri postunda səlahiyyətlərinin beşillik müddəti bitir. **
Ə.Məmmədov