2019-cu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 11,7% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.
“2019-cu ilin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 11,7% artaraq $50 mlrd.-ı ötüb”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
2018-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $44,8 mlrd. təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.*
Ə.Məmmədov