Venesuela prezidenti Nikolas Maduro beynəlxalq hüquqa riayət edilmədən dünyada iqtisadi məhdudiyyətlərin yayıldığını qeyd edib.
“Venesuelanın Qoşulmama Hərəkatında sədrlik etdiyi üç il çətin dövrə təsadüf edib, bir sıra çağırışlar və təhdidlər olub. Bəzi təcavüzkar və zərbə vuran hərəkətləri pisləyərək qeyd edirik ki, beynəlxalq hüquqa riayət edilmədən iqtisadi məhdudiyyətlər tətbiq olunur", - deyə o, bu gün təşkilatın Bakıda keçirilən 18-ci sammitində bildirib.
Venesuela prezidentinin sözlərinə görə, “bizin iradəmiz sarsılmazdır”.
“Biz Hərəkata üzv olan ölkələr arasında həmrəyliyin olmasını, münasibətlərin möhkəmlənməsini və sivilizasiyalarımızın yaxınlaşmasını istəyirik. Biz Azərbaycana minnətdarlığımızı bildiririk və inanırıq ki, Bakı bu istiqamətdə - həmrəylik istiqamətində çalışacaq", - deyə N.Maduro əlavə edib.*
F.İsazadə