Venesuela prezidenti Nikolas Maduro terror hücumları və hərbi müdaxilədən qorunmağa çağırıb.
“Biz, beynəlxalq hüquqa əsaslanaraq cavab tədbirləri hazırlamalıyıq. Ölkələrə qarşı qaralama siyasəti aparılır. Bundan xalqımız əziyyət çəkir. Konkret mövqelərdən çıxış etməliyik. Bu səbəbdən terror hücumları və hərbi müdaxilədən qorunmalıyıq”, - Maduro cümə günü Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə bildirib.
Bu sammitdə təşkilata sədrlik 3 il müddətinə Venesueladan Azərbaycana keçib.**
F.İsazadə