Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni biznes-plan hazırlayıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Xarici konsaltinq şirkətlərindən biri ABB üçün yeni biznes-investisiya modeli hazırlayıb. Bu, çox yaxşı xəbərdir və ümid edirəm ki, ABB ölkənin bank bazarında layiqli yer tutacaq”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Bununla belə, sədr biznes-modelin detallarını açıqlamayıb.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. Ümumilikdə dövlət bankın kapitalında 95,27% pay sahibidir.*
Ə.Məmmədov