Azərbaycan Mərkəzi Bankı biznes kreditləşməsinin stimullaşdırılması və biznes ilə banklar arasında geniş dialoq üçün ölkədə bankların biznes modelinin dəyişdirilməsinin zəruriliyini vurğulayır.
“Bu günə maliyyə ekosistemini ümumi müzakirəyə çıxarmaq və həm banklar, həm də bioznesin maraqlarını müəyyən etmək bizim üşün vacibdir. O cümlədən, islahatlar yolu ilə bankların biznes modelini dəyişmək, onları iqtisadiyyatın real sektorunun maliyyələşməsində maraqlandırmaq lazımdır”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə böyük iş aparmaq, ilk növbədə bank sektoru ilə biznes arasında maraqların konfliktini aradan qaldırmaq zəruridir.
“Artıq bir neçə ildir bankların qeyd etdiyi mübahisəli məqamlardan biri girovun realizə edilməsi prosesinin sadələşdirilməsi, bu prosesə sərf olunan vaxtın azalmasıdır. Əfsuslar olsun ki, biz indiyədək bu məsələni həll edə bilməmişik. Bu günə əsas söz “dialoq”dur. Biz hamımız - - dövlət, banklar və biznes yığışaraq bu məsləni həll etməli, problemləri aşkar edərək həll etməliyik”, - Rüstəmov bildirib.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın social-iqtisadi inkişafına həsr olunan iqtisadi müşavirədə bildirib ki, iqtisadiyyatın real sektorunun maliyyələşməsində bank sektorunun rolundan narazıdır. “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - Əliyev deyib.
Bununla əlaqədar MBNP-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və kommersiya banklarının rəhbərliyi ilə görüş keçirilib. Görüşdə maliyyə bazarlarındakı cari vəziyyət, bank sektorunun effektivliyi, real sektorun inkişafında bank sektorunun rolu, biznes kreditləşməsi sahəsində problemlər müzakirə olunub. Görüşün sonunda bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6,5% - 13 mlrd. 865,5 mln. manatadək artıb.
MBNP-nin məlumatına görə, 2018-ci ildə banklar tərəfindən 7,4 mlrd. manat ($4,3 mlrd.) kredit verilib ki, bunun da 4,3 mlrd. manatını biznes kreditləri (2018-ci ildə artım 7,2%) təşkil edib.**
Ə.Məmmədov