RF prezidenti Vladimir Putin Rusiya və Qoşulmama Hərəkatı arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin tərəfdarı qismində çıxış edib.
“Əminəm ki, ölkəmizlə Qoşulmama Hərəkatı arasında konstruktiv qarşılıqlı əlaqələrin genişləndirilməsi regional səviyyədə təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə imkan yaradacaq”, - Putinin Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir.
Rusiya lideri diqqəti sammtinin mürəkkəb beynəlxalq şəraitdə keçirildiyinə yönəldib: dünyanın bir sıra bölgələrində hərbi münaqişələrin, etnikarası və konfessiyaarası təzadların gərginləşməsi müşahidə olunur.
“Bütün bunlar bir çox sosial və iqtisadi problemlərin, o cümlədən yoxsulluq və aclıq ilə mübarizə kimi birinci növbədə duran problemlərin həllini çətinləşdirir”, - Putin vurğulayıb. **