RF hökumət rəhbəri Dmitri Medvedev cümə günü Skolkovoda azərbaycanlı həmkarı Əli Əsədovla görüş zamanı onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və baş nazir qismində iş təcrübəsi ilə bölüşüb.
“Baş nazir vəzifəsinə təyinatınız münasibətilə sizi təbrik edirəm, uğurlar arzu edirəm. Siz təcrübəli insansınız, lakin bu bir qədər fərqli işdir, sizi inandırıram ki, tövsiyyə vermək və ya (prezident) administrasiyasında çalışmaq, köməkçi olmaq yaxşıdır. Burada isə qərarlar qəbul etmək lazımdır, həm də onlardan bəziləri son dərəcə mürəkkəbdir”, - deyə Medvedev bildirib ki, Əsədov hər zaman Rusiya tərəfinin köməyi və dəstəyinə ümid edə bilər.
“Münasibətlərimiz çox irəliləyib. 8 ay ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi təqribən 25% artıb. Bu, çox gözəl nəticədir”, - Medvedev vurğulayıb.
Əsədov təbriklərə görə Medvedevə minnətdarlığını bildirib. Baş nazirin sözlərinə görə, Rusiya innovasiya mərkəzinin miqyası və həcmi onu təəcübləndirib. “Düşünürəm ki, burada yaradılan innovativ və digər imkanlardan ikitərəfli və çoxtərəfli əsasda istifadə məqsədilə qeyd edilən təklifləri biz gələcəkdə öz işimizdə tətbiq edəcəyik”, - Azərbaycanın baş naziri bəyan edib. **