İran, Rusiya və Türkiyə arasında “Astana formatı”nda əməkdaşlıq Suriya ərazisinin böyük hissəsində sülhün bərqərar olmasına gətirib çıxardı. Bunu İran prezidenti Həsən Ruhani bu gün Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində deyib.
“Hesab edirik ki, qonşularımızın sabitliyi və təhlükəsizliyi bizim sabitliyimiz və təhlükəsizliyimizlə bağlıdır. İran, Rusiya və Türkiyənin “Astana formatı”nda iştirakı Suriyanın böyük hissəsində sülhün bərqərar olmasına gətirib çıxardı”, - deyə o, bildirib.
İran prezidentinin sözlərinə görə, Əfqanıstan, Suriya, Yəmən və Fələstində münaqişələrin yeganə həll yolu bu ölkələrin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsipinə riayət edilməsidir.*
F.İsazadə