2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 10,4% - $42 mlrd. 524,4 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında deyilir.
“Yanvar-sentyabr aylarında ARDNF-in aktivləri 10,4 - $42 mlrd. 524,4 mln.-a qədər artıb. Aktivlər fondun nisbətən yüksək gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına artıb. Bu dövr ərzində ən böyük artım səhm alt portfeli üzrə müşahidə olunub. Əgər ötən il gəlirlilik mənfi olubsa (-6,6% - İF), o zaman hesabat dövründə gəlirlilik 15,2% təşkil edib”, - məlumatda qeyd edilir.
Bu dövrdə fondun gəlirləri 14 mlrd. 715,2 mln. manat, xərcləri - 7 mlrd. 680,4 mln. manat təşkil edib.
ARDNF-in gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 11 mlrd. 290,4 mln. manat, tranzit gəlirləri 13,4 mln. manat, bonus ödənişləri 766,4 mln. manat, akrhesabı ödənişlər 4,7 mln. manat təşkil edib.
Bu dövrdə fondun vəsaitlərinin idarə olunmasından 2 mlrd. 640,3 mln. manat gəlir əldə edilib.
2019-cu ilin yanvar-sentyabr aylarında ARDNF-in xərcləri strukturunda ən çox məbləğ – 7 mlrd. 536 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Hesabat dövründə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xərcləri 126,4 mln. manat, fondun idarə edilməsi ilə bağlı xərcləri 18 mln. manat təşkil edib.
Məzənnə fərqindən əldə olunan büdəcədənkənar gəlirlər 219,8 mln. manat məbləğində olub.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.**
Ə.Məmmədov