SOCAR şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) qrafikə uyğun olaraq təmir işlərini 2019-cu il noyabrın 4-dək başa çatdırmağı ümid edir.
“SOCAR hər il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) qrafikə uyğun olaraq təmir işlərini dayandırırıq. Bu il 4 oktyabr tarixində qurğuların qrafikə uyğun texniki xidməti məqsədilə zavodun fəaliyyəti dayandırılıb. Eyni zamanda, ilk növbədə ELOU-AVT-6 ilkin neft emalı qurğusunun quraşdırılması dayandırılıb. Daha sonra ara neft məhsullarının buiraxılışı üzrə digər qurğuların təmirinə başlanacaq”, - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, keçmiş “Azərneftyağ” NEZ-in ərazisində yerləşən ELOU-AVT-2 ilkin neft emalı qurğusu işini davam etdirəcək. Burada dizel yanacağı və kerosin istehsal olunacaq.
“Dizelə olan daxili tələbat BNEZ-in anbarında olan ehtiyat və ELOU-AVT-2 qurğusu hesabına təmin ediləcək”, - Əhmədov bildirib.
Aİ-92 avtomobil benzininə gəlincə isə, daxikli tələbatın təqribən 120 min ton idax hesabına ödənilməsi planlaşdırılır.
Əhmədovun sözlərinə görə, qrafikə uyğun olaraq təmir işlərinin noyabrın 4-dək başa çatdırılması nəzərdə tutulur.
Hazırda BNEZ-də yalnız Aİ-92 markalı benzin istehsal olunur. «Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 1 aprel 2014-cü il tarixindən başlanılıb.**
B.Rüstəmbəyov