Namibiya prezidenti Haqe Geinqob ABŞ və Aİ-ni Zimbabveyə qarşı sanksiyaları ləğv etməyə çağırıb.
"Namibiya Zimbabveyə qarşı sanksiyaların dərhal aradan qaldırılmasına çağırır. Bu sanksiyalar nəticəsində Zimbabvedəki qardaş və bacılarımız əziyyət çəkirlər", - deyə o, Qoşulmama Hərəkatının bu gün Bakıda keçirilən 18-ci sammitində çıxışı zamanı bildirib.
Prezident H.Geinqob əlavə edib ki, Namibiya ABŞ-ın Venesuelaya qarşı hərəkətlərini və Kubanın blokadasını pisləyir.*
F.İsazadə