Azərbaycan hökuməti 2019-cu ilin yekunları üzrə orta illik inflyasiya səviyyəsi ilə bağlı proqnozu yaxşılaşdırıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, hökumətin yenilənmiş proqnozlarına əsasən, 2019-cu ilin yekunları üzrə orta illik inflyasiya 3,8% səviyyəsində ilkin proqnoza qarşı 3,2% təşkil edəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu büdcə materiallarına əsasən, 2020-ci ildə inflyasiya səviyyəsinin artımı gözlənilir. Proqnoz 4,6% təşkil edir.
Hökumətdə hesab edirlər ki, 2021-ci ildən başlayaraq inflyasiya azalacaq. Xüsusilə 2021-ci ildə ölkədə orta illik inflyasiya 4,3%, 2022-ci ildə 4,1%, 2023-cü ildə 3,9% təşkil edəcək.
2018-ci ilin yekunları Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.*
Ə.Məmmədov