Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro bu gün Bakıda Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsinin önəmini bildiriblər.
“Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminlik ifadə olunub”, - deyə Azərbaycan prezidentinin saytında bildirilir.
Əliyev və Maduro dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və onların daxili işlərinə qarışılmamasının beynəlxalq münasibətlərin təməl prinsipləri olmasının vacibliyini qeyd ediblər.*
A.Əzizov