Prezident İlham Əliyev bu gün Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə bir sıra görüşlər keçirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani və Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Abdelkader Bensalah ilə görüşüb.
Bundan başqa, Azərbaycan prezidenti BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Milorad Dodik və Malayziyanın baş naziri Mahathir Bin Mohamadla danışıqlar aparıb.*
X.Nəsirzadə