Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Ağdaş rayonuna səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Prezidentə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib”, - məlumatda qeyd olunur.
Bundan əlavə, Əliyev Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu və Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında iştirak edib. **
F.İsazadə