2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 344,497 mln. manat dəyərində spirtli və spirtsiz içkilər istehsal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İçki istehsalı qiymət ekvivalentində 40,4% artıb.
Hesabat dövründə ən çox artım araq və likör istehsalında qeydə alınıb. 9 ay ərzində 1 mln. 345,2 min dekalitr araq istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,5 dəfə çoxdur. Likör istehsalı 3,1 dəfə - 251,1 min dekalitrədək, konyak istehsalı 16,1 min dekalitrədək (artlm 17,5%), pivə istehsalı 4 mln. 144,7 min dekalitrədək (artım 3%) artıb.
Şərab və köpüklənən şərab istehsalında isə kəskin azalma müşahidə olunur. Cari ilin 9 ayı ərzində 446,4 min dekalitr şərab istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 57,8% azdır. Eyni zamanda, 1 oktyabr tarixinə müəssisələrin anbarlarında 1 mln. 14,1 min dekalitr həcmində məhsul ehtiyatı var.
Yanvar-sentyabr aylarında 20 mln. 705,2 min dekalitr (artım 10,9%) spirtsiz içki istehsal edilib.*
B.Rüstəmbəyov