Prezident İlham Əliyev Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 2 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov