Azərbaycan prezidenti İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayırmağı tapşırıb.
Əliyev bazar ertəsi müvafiq sərəncam imzalayıb. Sərəncam dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Qəbələ şəhərində 48 mənzilli yaşayış binasının tikintisinə yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
X.Nəsirzadə