Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında Qazaxıstandan 265 min ton buğda alıb. Bu barədə Qazaxıstanın “Xabar 24” telekanalı məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi 30% artıb.
Bütövlükdə Azərbaycana $58,5 mln. dəyərində taxıl tədarük edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan cari ilin yanvar-sentyabr aylarında $240 mln. 747,29 min dəyərində 1 mln. 112,879 min ton buğda (artım 34,2%) idxal edib. Beləliklə, Azərbaycanın idxal etdiyi bütün buğdanın 23,8%-i Qazaxıstanın payına düşüb.*
B.Rüstəmbəyov