Azərbaycan üçün 2019-cu ildə bir barel fiskal “itkisiz” neftin qiyməti (fiscal breakeven oil price) $52, 2020-ci ildə - $53,4 təşkil edəcək.
“İnterfaks-Azərbaycan”a BVF-dən verilən məlumata görə, 2018-ci ildə bu göstərici $56,2 təşkil edib.
“İtkisiz qiymət” – maliyyə itkiləri və dövlətin gəlirlərinin cəmləşdiyi və bərabər olduğu qiymətdir.
BVF-nin gözləntilərinə əsasən, Azərbaycanda 2019-cun ildə bir barel neftin xarici ticarət itkisiz qiyməti (external breakeven oil price) $64 və 2020-ci ildə bir barrel üçün $59,5 təşkil edəcək (2018-ci ildə bir barrel üçün $76,3 olub).
BVF-nin qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanda sutkalıq neft hasilatı 0,74 mln. barrel (2018-ci ildə - 0,74 mln. barrel), 2020-ci ildə - 0,73 mln. barrel təşkil edəcək. Cari il sutkalıq neft ixracı 0,62 mln. barrel (2018-ci ildə 0,63 mln. barrel) təşkil edəcək, 2020-ci ildə 0,6 mln. barrelədək azalacaq.
Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti $60, 2020-ci il üçün - $55 səviyyəsində götürülüb. **
Ə.Məmmədov