“AzRose” MMC Rusiya və Qazaxıstana gül ixrac etməyi planlaşdırır.
Prezident İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.
“İnvestisiya dəyəri 19 mln. manat təşkil edən müəssisənin ümumi ərazisi 10 hektardır. İstixana ərazisi 3 hektardır və gələcəkdə genişləndirilməsi planlaşdırılır.
Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir.
“Gələcəkdə istehsalın 40%-nin Rusiya, Qazaxıstan və digər ölkələrə ixracı planlaşdırılır”, - deyə müəssisədən bildiriblər.
Müəssisənin illik istehsal gücü 6 mln. ədəd güldür.*
B.Rüstəmbəyov