Azərbaycan Mərkəzi Bankı sistem proqram platformasının dəstəklənməsi və modernizasiyasına 1 mln. 906,484 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, bu məqsədlə bank 5 müqavilə imzalayıb.
Xüsusilə, "SİNAM" MMC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin proqram platformasının dəstəklənməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının dəstəklənməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin modernizasiyasına dair 1 mln. 389,986 min manat məbləğində üç müqavilə imzalanıb.
Bundan başqa, «GT Solution» MMC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsinə dair 516,497 min manat məbləğində iki müqavilə imzalanıb. **
B.Rüstəmbəyov