2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 422 mln. 453,6 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,1% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 351 mln. 722,2 min manat (azalma 15,3%) və ya bütün bazar üzrə sığorta haqlarının 67,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 168 mln.111,7 min manat (azalma 28,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 183 mln. 610,5 min manat (artım 2%) təşkil edib.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 170 mln. 731,4 min manat (artım 11,1%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (126 mln. 808 min manat), könüllü tibbi sığorta (73 mln. 200,9 min manat) və AVSMMİS (76 mln. 197,6 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Hesabat dövründə bu 3 sığorta növü üzrə sığorta haqqları sığortaçıların daxilolmalarının 52,9%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 201 mln. 700,7 min manat (artım 7,9%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 143 mln. 441,7 min manat (artım 4,4%) və ya bazar üzrə bütün ödənişlərin 71,1%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 80 mln. 614,5 min manat (artım 0,1%), qeyri-həyat sığortası üzrə ödənişlər 62 mln. 827,2 min manat (artım 10,6%) məbləğində olub.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 58 mln. 259 min manat (artım 17,5%) təşkil edib.
Hesabat dövründə sığortaçılar ən çox həyatın yaşam sığortası (79 mln. 726,5 min manat), könüllü tibbi sığorta (43 mln. 947,9 min manat) və AVSMMİS (48 mln. 700,7 min manat) üzrə daha çox sığorta haqqı ödəyiblr. Ümumilikdə, bu 3 sığorta növü üzrə ödənişlər 2019-cu ilin 9 ayı ərzində bazar üzrə bütün ödənişlərin 85,5%-ni təmin edib. **
A.Əzizov