Prezident İlham Əliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovu “Şöhrət” ordeni ilə təltif edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
H.Əsədov Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə təltif edilib.
O, 2018-ci ilin aprel ayınadək 5 il ərzində kənd təsərrüfatı naziri vəzifəsində işləyib. H.Əsədov, həmçinin Hesablama Palatasının sədri və maliyyə nazirinin müavini vəzifələrində çalışıb.*
F.İsazadə