Prezident İlham Əliyev bu gün “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.*
Ə.Məmmədov