Ermənistanda yerləşən Rusiyanın hərbi bazası Qafqazda sabitliyin qarantıdır, respublikanın ordusu ilə birlikdə mövcud təhdidlərə qarşı durmaq iqtidarındadır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Ermənistan ərazisində Rusiyanın 102-ci bazası yerləşir. Həmin baza Qafqaz regionunda sabitliyinin qarantıdır. Bu gün onu yoxladım. Baza döyüş qabiliyyətinə malikdir və Ermənistan Silahlı qüvvələri ilə birlikdə təhlükəsizliyə təhdidlərə qarşı durmağa hazırdır”, - Şoyqu Ermənistanın müdafiə naziri David Tonoyan ilə danışıqlar zamanı bildirib.
Şoyqunun qiymətləndirmələrinə əsasən, “Ermənistan – Rusiyanın Cənubi Qafqazda müttəfiqi və əsas tərəfdaşıdır”.
“Ermənistan Silahlı Qüvvələri və Rusiya Federasiyası Silahlı Qüvvələrinin birgə qoşun qruplaşması, hava hücumundan birgə regional müdafiə sistemi yaradılaraq fəaliyyət göstərir. Baş Qərargahlarımızın sıx qarşılıqlı əlaqəsi təşkil olunub, birgə planlaşdırma həyata keçirilir”, - Şoyqu bildirib.
“Bu ölkələrimizin müdafiə nazirlikləri arasında əlaqələrin yüksək dinamikasının şərtsiz yüksək göstəricisidir”, - Şoyqu bildirib. **