Bu gün SOCAR-ın geoloji kəşfiyyat qayığında partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 29-u saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib”, - deyə məlumatda bildirilir.
Nəticədə şirkətin əməkdaşı Habil Məmmədov həlak olub.
“Daha 3 nəfər - Azər Vəliyev, Bəhruz Paşayev və Böyükağa Xəlilov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov