Azərbaycanın Dağıstanla sərhədində Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları tərəfindən qaçaq mal daşımaları ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb. Bu barədə “İnterfaks-Cənub”a məlumatlı mənbə bildirib.
“Azərbaycanla sərhəddə Dağıstanın Yaraq-Qazmalyar keçid məntəqəsində Rusiya FTX-nin mərkəzi aparatı və əks-kəşfiyyat orqanlarının əməkdaşları tərəfindən pul və digər maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun üzvləri yaxalanıb. Əmliyyat tədbirləri nəticəsində Rusiyadan hərbi avadanlığın aparılmasının qarşısı alınıb”, - agentliyin həmsöhbəti bildirib. **