Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Xafiz Paşayev vəzifəsindən istefa verib. Bu barədə XİN-dən məlumat verilir.
“Paşayev öz ərizəsi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, H.Paşayev “prezident Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq” öz istəyi ilə belə bir addım atıb.
“H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək”, - məlumatda deyilir. **
F.İsazadə