ABŞ-ın nümayəndələr Palatasının üzvləri Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nın tanlnması və pislənməsinə dair qətnamə qəbul ediblər.
ABŞ mətbuatının məlumatına görə, Konqresin 405 üzvü qətnamənin lehinə, yalnız 11-i əleyhinə səs verib. Sənəd demokratların nümayəndəsi Adam Şiff tərəfindən təqdim olunub.
“Soyqırımlara məhəl qoymamaq mümkün deyil, fərqi yoxdur bu hadisələr ötən əsrdə Osmanlı İmperiyasında, ötən əsrin ortalarında Üçüncü reyxdə və ya Darfurda baş verib”, - sənədin nümayəndələr palatasında irəli sürülməsində mühüm rol oynayan respublikaçı Qas Bilirakis bildirib.
Qətmanə hüquqi öhdəlik xarakteri daşımır. Buna baxmayaraq, Konqres üzvlərinin bu addımı, gözənildiyi kimi, Ankara tərəfindən ağır qarşılanacaq. Xüsusilə, son zamanlar ABŞ-ın Türkiyə ilə münasibətlərinin gərgin olması nəzərə alınarsa.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu qətnamənin qəbulunu artıq tənqid edib. O, Twitter-də Konqres üzvlərinin qərarını biabırçılıq adlandırıb və bunu “siyasi məqsədlərə nail olmaq məqsədilə tarixdən istifadə” cəhdi kimi qiymətləndirib. **