“Azərsu” SC Bakı qəsəbələrində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına 3 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərsu” ümumi dəyəri 3 mln. 59 min 539,58 manat olan 3 müqavilə bağlayıb.
«Arko Təmir Tikinti Şirkəti» MMC ilə Mərdəkan qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması haqqında 1 mln. 283,1 min manat dəyərində müqavilə bağlanılıb.
«I and R Construction» MMC ilə Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması haqqında 986,839 min manat dəyərində müqavilə bağlanılıb.
«Express Xim Servis» MMC ilə isə Maştağa qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 789,6 min manatdır.*
B.Rüstəmbəyov