Soçidə imzalanan Suriya ilə bağlı Rusiya-Türkiyə memorandumu çətinliklə həyata keçirilsə də, bu, respublikanın suverenliyini qorumağın yeganə yoludur. Bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Türkiyə və Rusiya prezidentlərinin imzaladığı memorandum asanlıqla həyata keçirilmir, amma görürük ki, bu, sülhün bərqərar olması və Suriyanın suverenliyini qorumaq üçün yəqin ki, yeganə yoldur", - deyə S.Şoyqu bu gün prezident İlham Əliyevlə görüşdə bildirib.
Rusiya Federasiyasının müdafiə naziri qeyd edib ki, "Rusiya bu gün beynəlxalq terrorizmlə mübarizədə böyük təcrübə qazanıb".
"Həmkarlarımızla bölüşməyə hazır olduğumuz təcrübə - bu, beynəlxalq terrorizmlə mübarizə, humanitar yardım - minalardan təmizlənmə, tibbi yardım və bir çox digər məsələlərlə bağlıdır", - deyə o bildirib.
Prezident İlham Əliyev bu gün MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.
Koalisiya hərbi quruculuğuna toxunan Şoyqu burada gündəliyin "olduqca geniş olduğunu" vurğulayıb.
"Əməkdaşlıq birlikdə nəzərdən keçirdiyimiz və təsdiq etdiyimiz plana uyğun olaraq inkişaf edir", - deyə rusiyalı nazir əlavə edib.*