Rusiyanın müdafiə naziri Sergey Şoyqu MDB ölkələrindən olan həmkarlarını keçmiş SSRİ xalqlarının ümumi hərbi tarixini təzədən yazmağa, Böyük Vətən müharibəsi hadisələrini təhrif etməyə çalışanlara qarşı durmağa çağırıb.
“Əlbəttə, bu tarixi təzədən yazmaq, xüsusilə qalibləri məğlub, məğlubları isə qalib etmək üzrə istənilən cəhdlərə qarşı durmaq üçün əlimizdən gələni etmək lazımdır”, - Şoyqu çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
Nazir qeyd edib ki, bu “ölkəmiz üçün böyük, ağır müharibə dövründə törədilən cinayətlərə də aiddir”.
“Bu gün bir tərəfdən tarixi yenidən yazmaq istəyən, digər tərəfdən isə qaliblərin heç bir vəchlə qəhrəman olmalarını istəməyən şəxlərin sayı artır”, - Şoyqu qeyd edib.
RF-nin müdafiə naziri bildirib ki, bu cür saxtalaşdırmalara qarşı durmaq lazımdır. Rusiya tərəfindən Böyük Qələbənin 75 illiyi münasibətilə bayram tədbirlərində iştirak məqsədilə MDB ölkələrinin müdafiə nazirlərinin ünvanına dəvətlər təqdim olundu.
Şoyqu “əvvəlki kimi, bu tədbirdə azərbaycanlı hərbi qulluqçuların da fəal iştirak edəcəyinə” ümidvar oduğunu bildirib.
Çərşənbə günü Bakıda Şoyqunun rəhbərliyi ilə MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçirilir. İclasdan öncə prezident İlham Əliyev tədbirdə iştirak məqsədilə Bakıya səfərə gələn Birliyə üzv ölkələrin hərbi idarələrinin rəhbərlərini qəbul edib. **