2019-cu ilin yanvar-oktyabr aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $118 mln. dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvarda $8 mln., fevralda $5,6 mln., martda $7,3 mln., apreldə $10,5 mln., mayda $17,8 mln., iyunda $10,5 mln., iyulda $20,4 mln., avqustda $11,6 mln., sentyabrda $8,2 mln., oktyabrda isə $18,1 mln. dəyərində mal ixrac olunub.
2018-ci ildə bu göstərici $149,8 mln. təşkil edib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.**
B.Rüstəmbəyov