2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 969 mln. manatlıq ($570 mln.) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 3,3% azalıb.
Cari ilin sentyabr ayında xarici vətəndaşlar bank kartları vasitəsi ilə 106,2 mln. manat məbləğində (ötən ilin sentyabr ayı ilə müqayisədə azalma 7,3% – İF) əməliyyat aparıblar.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana turist axını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9,5% - 2 mln. 418,3 min nəfərədək artıb.
2018-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 mlrd. 278,4 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur. **
B.Rüstəmbəyov