2019-cu ilin yanvar-sentyabr aylarında "Rabitəbank” aktivlərini 15,3% - 653,73 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il sentyabrın 30-na bankın kredit portfeli 365,49 mln. manat (artım 15%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 556,27 mln. manata (azalma 18,5%) bərabərdir.
Sentyabrın sonuna bankda depozitlər 432,17 mln. manat (azalma 26,9%) məbləğində, həmçinin əhalinin əmanətləri – 218,04 mln. manata bərabər olub (azalma 3,7%).
Oktyabr ayının əvvəlinə “Rabitəbank”ın kapitalı 97,46 mln. manat (artım 8,5%), nizamnamə kapitalı 101,3 mln. manat (dəyişməyib) təşkil edib.
2019-cu ilin hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 7 mln. 620,99 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 16 dəfə) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.**
Ə.Məmmədov