Azərbaycan şirkətləri 16-20 fevral 2020-ci il tarixlərində BƏƏ-də (Dubay) keçiriləcək «Gulfood 2020» ərzaq sərgisində təmsil olunacaq.
“Qida sənayesi sahəsində fəaliyyət göstərən 30 Azərbaycan şirkəti Dubayda keçiriləcək "Gulfood 2020" ərzaq sərgisində vahid ölkə stendində iştirak edəcək”, - deyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Sərgidə iştirak etmək istəyən şirkətlər müvafiq müsabiqədən keçməlidir. Sərgidə iştirak edəcək şirkətlərin sayı 30 təşkil edəcək.
Müsabiqəyə qatılmaq üçün tələb olunan sənədlər 29 noyabr tarixindən gec olmayaraq təqdim edilməlidir.
Seçim meyarları bunlardır: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması.*
B.Rüstəmbəyov