Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakıda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə prezident Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı”, - məlumatda qeyd olunur.
Həmsöhbətlər Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi apardılar. **
A.Əzizov